Neft Fondu 100,66 ton qızıl alıb
Tarix: 25-10-2019 20:52 | Bölmə: İqtisadiyyat
Neft Fondu 100,66 ton qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında 49,71 ton qızıl alıb. Bu ilin üçüncü rübündə isə Fondun aldığı qızıl 5,19 ton olub.

ARDNF-dən Reyting.az-a bildiriblər ki, 2019-cu ilin 9 ayının yekunlarına dair hesabata görə, sentyabrın 30-na Fondun investisiya portfelində qızılın ümumi həcmi 100,66 ton olub.

Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 50,95 ton təşkil edib.

Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 11,4%-dir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}