23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

Yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə ixrac artıb
Tarix: 29-12-2019 00:53 | Bölmə: İqtisadiyyat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon ABŞ dolları və ya 2 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 781 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 milyon ABŞ dolları və ya 16 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 milyon, Türkiyəyə 363,3 milyon, İsveçrəyə 164 milyon, Gürcüstana 150,6 milyon və Ukraynaya 46,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13 faiz, İsveçrəyə 33 faiz, Gürcüstana 29 faiz və Ukraynaya 27 faiz artıb.
2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 168,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8 milyon, kimya sənayesi məhsullarının ixracı 95,5 milyon, elektrik enerjisinin ixracı 76 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 milyon, şəkər ixracı 26,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb.
2019-cu ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 208 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon ABŞ dolları və ya 15 faiz artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal
Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7 milyon ABŞ dolları), Gürcüstana (19,1 milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
“İxrac İcmalı”nın dekabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Natural Fruit" MMC, "Caspian enerji-2020" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 milyon və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları ötən ilin noyabr ayı ilə müqayisədə 18,5 faiz artaraq 90,3 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 164 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixrac sifarişləri 11 faiz artıb. 2019-cu ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 19 faiz artmışdır. 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,3%), Türkiyə (7,4%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ (5,3%) qərarlaşıb.
Bu ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti, toyuq yumurtası, şərab, qənnadı məhsulu, çay, sarımsaq, nar, nar konsentratı, göbələk, mebel dəsti, tikinti, materialı, fındıq ləpəsi, alma, soğan, boya, qızıl gül, kosmetik vasitə və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 noyabr tarixinə kimi (35 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 521,4 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin dekabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,6 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-dekabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 140 milyon ABŞ dollarından artıq dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Həmçinin “İxrac İcmalı”nın dekabr sayında ixracatçılara dəstək layihəsi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyası təşkil olunması və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. “İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:52
Nazir müavini vəzifədən azad olunub
Bu gün, 10:35
Qızılın qiyməti yenidən artacaq
Bu gün, 10:26
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 07:59
Tramp Dehliyə Rusiya nefti ilə bağlı xəbərdarlıq edib
17-10-2025, 17:16
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
17-10-2025, 14:47
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
17-10-2025, 14:15
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
17-10-2025, 13:12
Avropada şərab istehlakı azalır
17-10-2025, 12:05
Azərbaycanın xarici dövlət borcu azalıb
17-10-2025, 10:00
Pensiya yaşı artırılacaq? - Açıqlama
17-10-2025, 09:49
İngilislər Qazaxıstana böyük məbləğdə investisiya qoyacaqlar
16-10-2025, 18:48
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
16-10-2025, 15:57
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
16-10-2025, 13:44
Ticarət müharibəsi dolları ucuzlaşdırır
16-10-2025, 11:15
Azərbaycan neft məhsullarının ixracını artırıb
16-10-2025, 09:10
Rusiya Latviyaya sanksiyalarla cavab verəcək
15-10-2025, 17:59
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
15-10-2025, 17:18
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
15-10-2025, 13:34
Dövlət Xidməti işçilərinin sayı artırılıb
15-10-2025, 12:14
Külək turbinlərini süni intellekt idarə edəcək - Foto
14-10-2025, 15:29
Azərbaycanda kərə yağı bahalaşıb
14-10-2025, 15:06
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14-10-2025, 12:10
Dövlət Xidməti 220 min manatlıq çap məhsulları alır
14-10-2025, 10:30
Agentliyə azad edilmiş ərazilərə dair yeni vəzifə həvalə olunub
14-10-2025, 10:11
Azərbaycan-İran-Rusiya birgə İşçi qrupu yaradılacaq
13-10-2025, 18:04
"Sədərək"də reklam qurğuları sökülür
13-10-2025, 16:46
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
13-10-2025, 14:39
Süni intellekt ABŞ-ı böyük iqtisadi problemdən qoruyub
13-10-2025, 12:08
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
13-10-2025, 11:18
Azərbaycana idxal olunan bioloji aktiv qidada uyğunsuzluq aşkarlanıb
13-10-2025, 09:50
"Lamborghini" elektrik avtomobillərindən imtina edir
13-10-2025, 07:47
Tramp şirkətləri 770 milyard dollar zərərlə üzləşdirib
10-10-2025, 09:55
Dubaydan Bakıya gətirilən brilyant qaşlar gömrükdən buraxılmayıb
10-10-2025, 09:18
Ən çox şikayət edilən bank hansıdır? - Mərkəzi Bankdan açıqlama
9-10-2025, 17:50
Bəzi ölkələrdən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyulub
9-10-2025, 12:57
Əli Əsədov yeni qərar imzalayıb
9-10-2025, 12:39
"Azərikart"ın lisenziyası məhdudlaşdırılıb
9-10-2025, 07:43
Rusiyada benzin qıtlığı 20 faizə çatıb
8-10-2025, 12:01
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
8-10-2025, 10:45
Yüzlərlə MMC yaradaraq qanunsuzluq edən şəxsə hökm oxunub
8-10-2025, 10:28
Əmək müqavilələrini "mygov"da da imzalamaq mümkün olacaq
8-10-2025, 09:29
AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8-10-2025, 07:36
Süni intellekt sahəsində böhran gözlənilir
7-10-2025, 11:20
Qızılın qiyməti sürətlə yeni rekorda yaxınlaşır
7-10-2025, 10:05
Lukaşenko Belarusda qiymət artımlarını qadağan edib
6-10-2025, 12:11
Dövlət büdcəsinin gəlirləri artıb - 675,2 milyon manat
6-10-2025, 11:07
Gəncədəki köhnə avtobuslar Bakıda istifadə olunur
6-10-2025, 10:39
Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb