İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
SOCAR-a yeni müşavir təyin edilib
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
ABŞ Mars yarışında Çinə uduza bilər
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
“Havana sindromu”: məxfi silahdan Venesula əməliyyatında da istifadə ediblər
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - Fotolar
Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn edilib - (Yenilənib) - Foto
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Nəhəng aviadaşıyıcının inşası planlaşdırılır
Tarix: 25-10-2016 15:54 | Bölmə: İqtisadiyyat

Nazirlər Kabineti 3 aprel 2014-cü ildən qüvvədə olan "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na dəyişiklik edib.
Müvafiq qərar prezidentin 16 yanvar 2014-cü il tarixli "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamının icrası məqsədilə verilib.
Nazirlər Kabinetinin qərarı ilə, bazar, topdansatış bazarı, pərakəndə satış bazarı, kənd təsərrüfatı məhsullarının satış bazarı, yaşıl market, fermer mağazası, yarmarka, eləcə də kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının yarmarka-satışı yerlərinə aydınlıq gətirilib.
Məsələn, yaşıl marketdə bitki, bitkiçilik və heyvandarlıq məhsulları satılır. Yaşıl marketin anbarı, laboratoriyası, avtoparkı, eləcə də sertifikatlaşdırılmış ekoloji kənd təsərrüfatı məhsullarının satış yeri olmalıdır.
Fermer mağazalarında xüsusi fərqləndirici lövhələr quraşdırılmalıdır.
Hökumət yarmarkaların təşkili səlahiyyətini yerli icra hakimiyyətlərinə verib. Onlar yarmarkaların təşkili üzrə xüsusi tədbirlər planı hazırlamalıdır. Kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının satış-yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında müəyyən günlərdə (şənbə və bazar günləri, bayram günləri və digər əlamətdar günlərdə) təşkil edilir. Yarmarkalarda xüsusi lövhələrdə satılan malların qiymətləri göstərilir. Bu yarmarkalar dövlət büdcəsinin vəsaiti ilə təşkil edilir. Əgər yarmarkanı ayrı-ayrı şəxslər təşkil edirsə, onlar da maliyyələşdirir.
Qaydalarda aşağadakı aydınlatma öz əksini tapıb:
2.1.26-1-ci yarımbəndlər əlavə edilsin:
"2.1.4-1. bazar - müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksi;
2.1.4-2. topdansatış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu topdansatış yerləri təşkil edən bazar;
2.1.4-3. pərakəndə satış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu pərakəndə satış yerləri təşkil edən bazar;
2.1.4-4. kənd təsərrüfatı məhsulları bazarı - ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazar;
2.1.4-5. yaşıl market - yalnız bitkilərin, bitkiçilik məhsullarının və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət obyekti;
2.1.4-6. fermer mağazası - yerli fermer, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti (mağaza);
2.1.4-7. yarmarka - müəyyən edilmiş ərazidə və müddətdə malların satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;
2.1.4-8. kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları - müəyyən edilmiş ərazidə və müddətdə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;
2.1.26-1. baytarlıq şəhadətnaməsi - malların, о cümlədən heyvan mənşəli məhsulların və xammalın baytarlıq-sanitariya ekspertizasından keçirilməsi barədə müəyyən olunmuş qaydada və nümunədə hazırlanan və müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təsdiq edilən rəsmi sənəd;". (marja.az)
Bölməyə aid digər xəbərlər
















Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır