Nazirlik "Trendyol"la bağlı açıqlama yayıb
Tarix: 24-02-2023 14:33 | Bölmə: İqtisadiyyat
Nazirlik "Trendyol"la bağlı açıqlama yayıb

Azərbaycanda "Trendyol" vasitəsi ilə satışın dayandırılacağı barədə xəbərlər yayılıb.

Reyting.az 
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur:

"Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər".




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}