20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
BP şirkəti 61 faiz paya sahiblənib - Pay bölgüsü
Tarix: 15-09-2018 02:00 | Bölmə: İqtisadiyyat
BP şirkəti 61 faiz paya sahiblənib

BP şirkəti Azərbaycanda mövcud “Qobustan” hasilatın pay bölgüsü sazişində (HPBS) 61 faiz iştirak payı əldə edib.

Məlumata görə, bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.

“Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq", - BP-nin məlumatında qeyd olunur.

Eyni zamanda quyunun 2019-cu ilin ikinci yarısında qazılmasının planlaşdırıldığı vurğulanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər