Kiprdə 12 israilli gənc həbs edilib – Zorlama ittihamı ilə
Tarix: 18-07-2019 11:35 | Bölmə: Xəbərlər
Kiprdə 12 israilli gənc həbs edilib – Zorlama ittihamı ilə

Kipr polisi Ayya Napa şəhərindəki bir oteldə ingilis turistə təcavüz etmək şübhəsi ilə 12 İsrail vətəndaşını həbs edib.

Reyting.az
“Rəy əl-Yəum” nəşrinə istinadla xəbər verir ki, 19 yaşlı qadın zorlanması ilə bağlı yerli polis mərkəzinə şikayət ərizəsi verib.

16 və 17 yaşlı şübhəlilər tezliklə məhkəmə qarşısına çıxarılacaq.

İngilis gənc qadın iddialarını təsdiqləmək üçün tibbi testlər keçirib.

İsrail Xarici İşlər Nazirliyi bu məsələdən xəbərdar olduğunu və Kipr səlahiyyətliləri ilə əlaqə saxladığını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}