12:52 / 08-05-2024
Sabah yağış yağacaq
Tibb işçilərinə qarşı etiraz aksiyaları başlayıb - Video
Tarix: 07-10-2019 14:26 | Bölmə: Xəbərlər
Tibb işçilərinə qarşı etiraz aksiyaları başlayıb

İranın Çaharmahal və Bəxtiyari əyalətinin Lurqan şəhərində tibb işçilərinin istifadə etdikləri enjektorlar səbəbindən 300 nəfərin QİÇS-ə səbəb olan HİV virusuna yoluxduğu ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, buna etiraz olaraq insanlar Lurqandakı səhiyyə təşkilatlarının və ictimai binaların qarşısına toplaşaraq səbəbkarların istefasını tələb edib.

Yerli mənbələr polislə nümayişçilər arasında qarşıdurma yarandığını, polisin aksiyaya bibər qazı ilə müdaxilə etdiyini bildirir.

İran Səhiyyə Nazirliyi baş verənləri araşdıracağını elan edib və bildirib ki, bu bölgədə fəaliyyətini davam etdirəcək.

Aksiyanı aşağıdakı link vasitəsi ilə Youtube-də izləmək mümkündür:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}