16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabahın hava proqnozu açıqlandı
Tarix: 06-11-2019 13:40 | Bölmə: Xəbərlər
Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında noyabrın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Reyting.az
ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}