Deputat: “Konstitusiya Məhkəməsinin rəyi zəruridir”
Tarix: 02-12-2019 13:41 | Bölmə: Xəbərlər
Deputat: “Konstitusiya Məhkəməsinin rəyi zəruridir”

“Parlament yeniləşməlidir, gənc nəsil üçün yol açılmalıdır. Bu, aydın və anlaşılandır. Seçkilər bir neçə aydan sonra keçiriləcək. Burada söhbət seçkinin 7-8 ay irəli çəkilməsindən gedir”.

Bu fikirləri Milli Məclisdə çıxışı zamanı bitərəf deputat Rasim Musabəyov deyib.

O, əlavə edib ki, dünyada parlamentin buraxılmasına dair təcrübələr var. O, buna misal kimi Britaniya və İsrail parlamentini göstərib.

“İndi hakim Yeni Azərbaycan Partiyasının mütləq çoxluğu var. Mənim bunu dəstəkləmək və əleyhinə çıxmağımla heç nə dəyişməyəcək. Amma mətbuatda bu təşəbbüs bəzən mənfi yöndə təqdim edilir, parlament mürtəce qurum kimi təqdim olunur. Mən buna qarşıyam”.

Deputat əlavə edib ki, yeni parlament tərkibi formalaşana qədər indiki parlament səlahiyyətini saxlayacaq: “Fikrimcə, veriləcək qərarla bağlı Konstitusiya Məhkəməsinin rəyi zəruridir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}