Bakıda məktəb direktoru işdən çıxarıldı - Nöqsana görə
Tarix: 05-12-2019 11:42 | Bölmə: Xəbərlər
Bakıda məktəb direktoru işdən çıxarıldı - Nöqsana görə

Bakıda məktəb direktoru işdən çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, valideynlərin və müəllim kollektivinin şikayəti əsasında Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb: "Araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatlarınınverilməsi, həmçinin "Xüsusi hallar barədə” əmrin və "Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın tələblərinin pozulması müəyyən edilib.

Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəbin direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}