Məktəb direktorunun qızı intihar etdi - Yenilənib
Tarix: 08-12-2019 21:43 | Bölmə: Xəbərlər
Məktəb direktorunun qızı intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü Qırtımova Sevinc İlham qızı kirayə yaşadığı binadan özünü atıb. Avtomobilin üzərinə düşən qız hadisə yerində keçinib.

İntiharın motivi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, intihar edən S. Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızıdır.

***

Onu da qeyd edək ki, intihar etmiş Sevinc Qırtımova Futbol üzrə Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}