Turistlər beş təhlükədən xəbərdar edilib
Tarix: 17-01-2020 18:25 | Bölmə: Xəbərlər
Turistlər beş təhlükədən xəbərdar edilib

Fransız səyahət jurnalı GEO İstanbula gedən turistləri 5 təhlükədən xəbərdar edib.

Reyting.az
“GEO”-ya istinadla xəbər verir ki, sözügedən jurnal İstanbulda tətil keçirən xarici turistlərin ilk növbədə, taksi sürücülərindən ehtiyat olmağı tövsiyə edir. “GEO”-ya görə, taksi sürücülərinin xarici turistlər üçün qiymətləri qaldırması təkcə İstanbulda yox, düyanın bir çox böyük şəhərlərinə xasdır və marşrutu uzatmaq üçün onlar dil maneəsindən faydalanırlar.

Fransız jurnalının məqaləsində ayaqqabı təmizləyicilərindən də aralı gəzmək tövsiyə olunur.

“GEO”-nun rəyinə görə, İstanbuldakı bəzi restoranlarda xarici turistlərə daha az qalıq qaytarıldığı iddia edilir.

Axşam saatlarında spirtli içkilərin verildiyi barlar da turistlər üçün tələ sayılır.

Fransız jurnalı "Tanımadığınız adamların sizi bir yerə dəvət etmələrinə icazə verməyin" məsləhətini də verir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}