Neftçalada məmur həbsləri davam edir - Fotolar
Tarix: 21-02-2020 13:16 | Bölmə: Xəbərlər
Neftçalada məmur həbsləri davam edir

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.

Reyting.az
xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.(Unikal.org)

Neftçalada məmur həbsləri davam edir
Neftçalada məmur həbsləri davam edir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}