Azər Talıbov nazir müavini vəzifəsindən azad edilib
Tarix: 20-05-2020 14:06 | Bölmə: Xəbərlər
Azər Talıbov nazir müavini vəzifəsindən azad edilib

Rusiyanın Baş naziri Mixail Mişustin Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

Reyting.az
-ın məlumatına görə, Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}