20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub
Tarix: 21-05-2020 17:18 | Bölmə: Xəbərlər
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib:

"Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılıb".




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib