23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Koronavirus gözə necə təsir edir?
Tarix: 26-05-2020 19:36 | Bölmə: Xəbərlər
Koronavirus gözə necə təsir edir?

Rusiya Dövlət Dumasının Sağlamlığın qorunması komitəsinin mütəxəssisi, həkim-oftalmoloq Tatyana Şılova koronavirusun görmə qabiliyyətinə təsirlərini açıqlayıb.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Həkimin sözlərinə görə, gözlərin koronavirus üçün “giriş qapısı” olduğuna dair araşdırmalar mövcuddur:

“Bizə bəzi virusların davranışları məlumdur. Onlar sadəcə gözün səthini deyil, həmçinin qana daxil olaraq daxili strukturunu zədələyirlər. Ona görə də virusun daxil olması nəticəsində gözün tor qişası, xoroid və görmə siniri zədələnə bilər. Bundan başqa, görmənin zəifləməsinə səbəb həmçinin koronavirusa qarşı istifadə edilən preparatlar da ola bilər".

T.Şilova nümunə kimi hidroksixlorini deyib: “O, göz qişasında dəyişikliklərə yol açıb, yəni görmə itiliyi, akkomodasiyanı (müxtəlif məsafələrdən görmə qabiliyyəti – red.) poza bilər, işıqdanqorxma əmələ gələ bilər, uzun müddət istifadədə isə retinopatiyaya səbəb ola bilər”/Report. 




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}