07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanda canlı donordan götürüləcək orqanlar müəyyənləşdi
Tarix: 04-06-2020 16:24 | Bölmə: Xəbərlər
Azərbaycanda canlı donordan götürüləcək orqanlar müəyyənləşdi

Azərbaycanda canlı donordan transplantasiya məqsədilə götürüləcək orqanların siyahısı açıqlanıb.

Bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində bildirilib ki, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzinin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}