07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Həsən Ruhani ona verilən hədiyyələrdən imtina edir
Tarix: 29-06-2020 20:24 | Bölmə: Xəbərlər
Həsən Ruhani ona verilən hədiyyələrdən imtina edir

İran prezidenti Həsən Ruhani prezidentliyi dövründə ona bağışlanan hədiyyələri Mədəni İrs Fonduna təhvil verməyə razılaşıb.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, hədiyyələrdən sabiq prezidentlərin bir çoxu imtina ediblər. İranın ikinci hökumət başçısı Məhəmməd Əli Rəcai, daha sonra Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi bu addımı atıblar. Ancaq Mahmud Əhmədinejadın prezidentliyi dövründə Səadabad sarayındakı hədiyyə muzeyi qismən bağlanıb. Mahmud Əhmədinejad prezident olduğu son dövrdə bağışlanmış bütün hədiyyələri özü ilə aparıb.

Muzeyin təkrar açılması ilə bağlı Mədəni İrs, Turizm və Əl Sənətləri Nazirlyinin təklifinə prezident Həsən Ruhani razılıq verib. Bu haqda nazirlik açıqlama yayıb.

Həsən Ruhani ona verilən hədiyyələrdən imtina edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}