Türkiyənin ilk uçan avtomobili sınaqdan keçirilib
Tarix: 16-09-2020 08:33 | Bölmə: Xəbərlər
Türkiyənin ilk uçan avtomobili sınaqdan keçirilib

Türkiyənin “Baykar” şirkətinin hazırladığı ölkənin ilk uçan avtomobili “Cezeri”nin ilk sınağı uğurla tamamlanıb.

“Anadolu” agentliyi xəbər verir ki, şirkətin texniki direktoru Səlcuq Bayraqdarın rəhbərliyi altında hazırlanan “Cezeri”nin sınaqlarına sentyabrın 11-dən başlanılıb.

Tamamilə sərbəst şəkildə havaya qalxan ağıllı uçuş sistemi ilə təchiz edilən qurğunun bir gecədə keçirilmiş iki ayrı-ayrı sınaqlarında da müsbət nəticə əldə olunub. Qurğunun çəkisi 230 kiloqramdır və hazırlanmasına 18 ay vaxt sərf olunub.

Avtomobil 100% elektrik enerjisi ilə hərəkətə gəlir və 8 elektrik mühərriki ilə işləyir. Üç ehtiyatlı ağıllı uçuş sisteminə sahib olan “Cezeri” gələcəkdə süni zəka sistemləri ilə təchiz ediləcək. Uçan avtomobilin 100 km/saat sürətinə və 2000 metr uçuş hündürlüyünə çatması, batareya texnologiyasının inkişaf etdirilməsi ilə paralel olaraq bir saat havada qalmaqla 70-80 kilometr məsafə qət edə bilməsi üçün işlər görülür.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}