Nazir: "Şagirdlər sinifdə qalmayacaq"
Tarix: 30-10-2020 11:40 | Bölmə: Xəbərlər
Nazir: "Şagirdlər sinifdə qalmayacaq"

"Builki tədris ilinin qısaldılması nəzərdə tutulmur".

Reyting.az
xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, hələ prosesin ortasındayıq və qərar vermək çətindir: "Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq.

2020/2021-ci tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi planlaşdırılır. Yəni, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur. Bu, mövcud pandemiya vəziyyəti ilə əlaqədardır. Hər bir şagird təhlisini davam etdirəcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}