16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Koronavirus xəstələrinə cinayət işi açılıb - Fotolar
Tarix: 26-11-2020 10:53 | Bölmə: Xəbərlər
Koronavirus xəstələrinə cinayət işi açılıb

Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, Şamaxı rayonunun Sabir qəsəbə sakini K. Mahmudovun, İkinci Çaylı kənd sakini F. Şirinovun, şəhər sakinləri R. Dəmirov və A. Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.

Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyənləşib və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara qaytarılıblar.

Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində hər dörd şəxs barəsində cinayət işi başlanılıb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}