Yağış və qar yağacaq - Xəbərdarlıq
Tarix: 26-11-2020 15:23 | Bölmə: Xəbərlər
Yağış və qar yağacaq - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Reyting.az-a bildirilib ki, noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}