Daha bir şəhidimiz son mənzilə yola salınıb - Fotolar
Tarix: 13-01-2021 15:52 | Bölmə: Xəbərlər
Daha bir şəhidimiz son mənzilə yola salınıb

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri İkram Məmmədov Xaçmazda dəfn edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlunun nəşi Xaçmaz rayonuna gətirilib. Şəhid doğulduğu Çiləgir kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, İkram Məmmədov ötən ilin iyul ayında hərbi xidmətə yollanıb. O, cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhid İ. Məmmədov Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}