Şəhid əsgərimiz Gəncədə dəfn edilib
Tarix: 19-01-2021 14:41 | Bölmə: Xəbər lenti
Şəhid əsgərimiz Gəncədə dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan əsgəri Novruz Haxverdiyev Gəncədə dəfn edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Haxverdiyev Novuz Əli oğlunun nəşi Daşkəsən rayonuna aparılıb. Şəhidin doğulduğu Alunitdağ qəsəbəsində keçirilən vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid N. Haxverdiyev Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, N. Hacverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}