17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan qeyri-azad ölkələr siyahısına salınıb - Foto
Tarix: 26-02-2021 18:34 | Bölmə: Xəbərlər
Azərbaycan qeyri-azad ölkələr siyahısına salınıb

“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 2020-ci il üzrə azadlıq hesabat yayıb. Sənəd 195 ölkə və 15 ərazidə insan hüquqlarının durumuna əsaslanır.

Reyting.az
bildirir ki, hesabata görə, 83 ölkə və 1 ərazi azad, 63 ölkə və 4 ərazi qismən azad, 49 ölkə və 10 ərazi qeyri-azad sayılır.

Estoniya, Litva və Latviya azad ölkələr arasında yer alır.

Moldova, Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan qismən azad ölkələr kimi göstərilir.

Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan qeyri-azad ölkələr siyahısına salınıb. Türkiyə və İran da həmin cərgədədir.(Novator.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}