Rusiya ABŞ-a nota verib
Tarix: 21-04-2021 18:05 | Bölmə: Dünya
Rusiya ABŞ-a nota verib

Moskva ABŞ-ın Rusiyadakı səfirliyinin 10 əməkdaşının “persona non grata” (arzuolunmaz şəxs) elan edilməsinə dair Vaşinqtona nota verib.

Diplomatlar mayın 21-dək Rusiyanı tərk etməlidirlər.

Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bu gün ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qorman Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və Rusiya tərəfinin notası ona təqdim edilib.

Rusiya Xarici İşlər Nazirliyi bu addımın Amerika tərəfinin Rusiyanın Vaşinqtondakı səfirliyinin və Nyu-Yorkdakı baş konsulluğunun əsassız olaraq “persona non grata” elan edilmiş bir sıra əməkdaşlarına qarşı “düşmənçilik hərəkətlərinə güzgü cavabı” olduğunu vurğulayıb.

Nazirlik əlavə edib ki, yaxın gələcəkdə ABŞ-ın son anti-Rusiya sanksiyaları “dalğasına” kompleks cavab tədbirlər çərçivəsində növbəti addımlar atılacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}