16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dini icma üzvlərinin Kəlbəcərə səfəri başlayıb
Tarix: 04-05-2021 09:44 | Bölmə: Xəbərlər
Dini icma üzvlərinin Kəlbəcərə səfəri başlayıb

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Səfərdə icma üzvlərini kütləvi informasiya vasitələrinin nümayəndələri də müşayiət edir. Məqsəd Alban-Udi Xristian dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban ziyarətgahı Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa münasibəti ilə məbəddə dini ayinin icrasını işıqlandırmaqdır. Dini ayinlərin icrası tədbirində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Udili də iştirak edir.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}