Dünyanın ən bahalı rəsm əsəri şahzadənin yaxtasında “üzür”
Tarix: 11-06-2019 12:12 | Bölmə: Mədəniyyət
 Dünyanın ən bahalı rəsm əsəri şahzadənin yaxtasında “üzür”

Leonardo da Vinçinin ən bahalı rəsmi olan “Xilaskar” səudiyyəli şahzadə Məhəmməd bin Salmanın yaxtasındadır.

Reyting.az
“Bloomberg”-ə istinadla xəbər verir ki, bu tablo ona astronomik məbləğə satılıb.

Londonlu art-diler Kenni Şaçterin sözlərinə görə, rəsm əsəri şahzadənin səyahət yaxtasından kənara çıxarılmır.

2017-ci ildə “Kristi” hərracında “Xilaskar” 450 milyon dollara qiymətləndirilib. Şahzadə Məhəmmədin adından tablonun alıcısı Səudiyyə Ərəbistanının mədəniyyət naziri Bədr bin Abdullah olub.

Dedi-qodulara görə, Məhəmməd bin Salman ölkənin İlla vilayətində turizm mərkəzi açmağı planlaşdırır. Leonardo da Vinçiyə aid rəsmin məhz həmin əyalətdəki muzeydə yerləşdiriləcəyi nəzərdə tutulur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}