16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Aktrisamız təltif olunub - Foto
Tarix: 23-07-2021 17:53 | Bölmə: Mədəniyyət
Aktrisamız təltif olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Əməkdar artist Nahidə Orucova Teatr Xadimləri İttifaqının qərarı ilə “Sənətkar” medalı ilə təltif olunub.

Reyting.az
xəbər verir ki, İttifaqın sədri, Xalq artisti, professor Azərpaşa Nemətov bu mükafatı Nahidə xanıma təqdim edərkən ona teatr sahəsindəki uzunillik, səmərəli fəaliyyətinə və eyni zamanda 60 illik yubileyi münasibəti ilə xoş arzularını bildirib.

Nahidə Orucova ona göstərilən diqqətə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür edib, teatr sənətinin inkişafı naminə bundan sonra da əzmlə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Aktrisa daha sonra sosial şəbəkə hesablarında da izləyiciləri ilə bu sevincini bölüşüb.



Qeyd edək ki, indiyə qədər "Sənətkar" medalına Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, teatrın tanınmış aktyorları, Xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, Ramiz Məmmədov (mərhum sənətkar), Əməkdar artist Boris Qrafkin layiq görülüblər.

Orucova Nahidə Mülük qızı 1961-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram-kino aktyorluğu" fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb.

1993-cü ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Solist - vokalist" kimi fəaliyyətə başlayan istedadlı aktrisa indiyədək bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.

N. Orucova 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2013-cü idən Prezident Mükafatçısıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}