Mehriban Xanlarova: “Teatr açılsın, bir gecə səhnədə yatacam”
Tarix: 12-08-2021 18:27 | Bölmə: Mədəniyyət
Mehriban Xanlarova: “Teatr açılsın, bir gecə səhnədə yatacam”

“Teatrların açılacağı günü səbirsizliklə gözləyirəm. Teatrların açılması üçün qurban demişəm. Hər gün teatrın qarşısına gedib o qapıların açılacağı günü gözləyirəm”.

Reyting.az
xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.

M. Xanlarova əlavə edib ki, ola bilər, seriallara, televiziya proqramlarına çəkildiyi üçün kiməsə teatrın açılması sərf etməsin: “Amma mənim üçün çox çətindir. Hətta teatrın bufeti üçün belə darıxmışam. Evimdə bir yeməyi boyat yemirəm, amma teatrın bufetində üç gündən qalma yeməyi belə ləzzətlə yeyərəm. Hərdən dostlarıma deyirəm ki, teatr açılsın, gedib bir gecə səhnədə yatacam. Onun tozunu udacam”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}