Ağadadaş Ağayev müalicə üçün yenidən Türkiyəyə gedəcək
Tarix: 12-08-2021 18:35 | Bölmə: Mədəniyyət
Ağadadaş Ağayev müalicə üçün yenidən Türkiyəyə gedəcək

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Reyting.az
xəbər verir ki, bu barədə Report-a müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: “Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından 3 aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}