Arif Babayevin oğlu: "Atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır"
Tarix: 13-08-2021 12:21 | Bölmə: Mədəniyyət
Arif Babayevin oğlu: "Atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb.

Bu barədə Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: “Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır. Yenə də müalicəsi davam etdirilir, dərmanlar qəbul edir”.

Y.Babayev deyib ki, bu müddətdə sənət dostları və tələbələri Xalq artistini tək buraxmayıb, tez-tez onu ziyarətə gəliblər.

Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Arif Babayev müalicə üçün Türkiyəyə aparılmışdı/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}