17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Xüsusi nümayəndə: "Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq"
Tarix: 14-08-2021 16:15 | Bölmə: Mədəniyyət
Xüsusi nümayəndə: "Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq"

"Ağdam şəhərinin tarixi mərkəzində inşası planlaşdırılan Zəfər muzeyinin layihəsini italiyalı mütəxəssislər hazırlayacaq".[b][/b]

Bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq: "Açıq səma muzeyində Ağdam teatrı və şəhər mərkəzi kitabxanasının binasının qalıqları da olduğu kimi qorunacaq. Burada İşğal muzeyi, memorial park və Zəfər muzeyləri inşa ediləcək. İşğal muzeyində olan otaqlardan biri Xocalı faciəsini əks etdirən audio və videoeffektlərlə qurulacaq. Eyni zamanda həmin gecə yaşananları ziyarətçilərə hiss etdirmək üçün otağın qış temperaturunda saxlanılması nəzərdə tutulur".

"Müharibə dəhşətlərini ziyarətçilərə tam şəkildə çatdırmaq üçün saxlanılan binaların qalıqlarının yanında süni göl yaradılacaq. Ziyarətçilər İşğal muzeyində Ağdamın ilk işğal edildiyi vaxtlarla tanış olduqdan sonra memorial bağda işğal dövründəki erməni vəhşiliyinin nümunələrilə tanış olacaqlar. Memorial bağın sonunda isə Zəfər muzeyi inşa ediləcək. Burada ziyarətçilər Vətən müharibəsi zamanı ordumuzun keçdiyi döyüş yolu, əsgərlərimizin şücaətləri ilə tanış olacaq, aparılan hərbi əməliyyatların coğrafi maketləri və sxemlərini görə biləcəklər. Zəfər muzeyində Vətən müharibəsində canınını fəda edən əsgərlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xüsusi lövhə də qoyulacaq"/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}