Hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
Tarix: 17-08-2021 12:40 | Bölmə: Mədəniyyət
Hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi "Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi" hekayə müsabiqəsinin qalibləri müəyyənləşib.

Reyting.az
xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı keçirilən müsabiqənin qalibi “Şəhid ilə Xarıbülbülün məhəbbəti” hekayəsinin müəllifi Nərgiz Həşimova seçilib. Eyni zamanda “Bəhram şah yeddi gözəlin portretinə baxır” hekayəsinin müəllifi Aişə Səfərova ikinci və “Nakam sevginin xatirəsi” hekayəsinin müəllifi Ömər Məmmədzadə üçüncü yerə layiq görülüb.

Müsabiqə qaliblərinə mükafatların cari ilin sentyabr ayında təqdim edilməsi planlaşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}