17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Xalq artistinin heykəli hazırlansa da, qoyulacağı yer...
Tarix: 20-08-2021 17:45 | Bölmə: Mədəniyyət
Xalq artistinin heykəli hazırlansa da, qoyulacağı yer...

Görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəli hazırdır.

Reyting.az
xəbər verir ki, bu barədə APA-ya heykəlin müəllifi, Xalq rəssamı Ömər Eldarov bildirib.

O, heykəlin hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduğunu deyib:

“Heykəl çoxdan hazırdır, ancaq heykəlin qoyulacağı yer hazır deyil. Yer hazır olan kimi ucaldılacaq”.

Xalq rəssamı heykəlin yerinin nə vaxt hazır olmasına dair heç bir məlumatının olmadığını bildirib.

Qeyd edək ki, Müslüm Moqamayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}