16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rəssam Tofiq Fərəcov vəfat edib
Tarix: 04-09-2021 12:31 | Bölmə: Mədəniyyət
Rəssam Tofiq Fərəcov vəfat edib

Azərbaycanın tanınmış fırça ustası Tofiq Fərəcov vəfat edib.

Mədəniyyət Nazirliyindən Reyting.az-a verilən məlumata görə, rəssam 69 yaşında dünyasını dəyişib.

T. Fərəcov 1952-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib. Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}