Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb
Tarix: 07-09-2021 13:17 | Bölmə: Mədəniyyət
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

Azərbaycandan “Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb.

Reyting.az
bildirir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə komissiyanın növbəti iclası keçirilib.

Professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunması qərara alınıb.

Qeyd edək ki, filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}