16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xalq artistinin şəxsi arxiv fondu yaradılıb
Tarix: 08-09-2021 11:44 | Bölmə: Mədəniyyət
Xalq artistinin şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb.

Dövlət Film Fondunun məlumatına görə, şəxsi arxiv fonduna mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.

Qeyd edək ki, arxivin böyük hissəsi Ş. Ələkbərovun ailəsi tərəfindən təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}