COVİD-19-a yoluxan Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib
Tarix: 09-09-2021 11:37 | Bölmə: Mədəniyyət
COVİD-19-a yoluxan Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Publika.az-a dünya şöhrətli müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Yaqub Zurufçunun həyat yoldaşı bildirib ki, o bir həftə əvvəl COVİD-19-a yoluxub:

“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Deputata Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci Vitese-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.

Aynur Zurufçunun sözlərinə görə, 65 yaşlı Əməkdar artist bir həftə əvvəl virusa yoluxub:

“Mən də yanında idim, hər şeyə nəzarət edirdim. Hər şey birdən birə oldu. Vəziyyəti birdən ağırlaşdı. Özü də diqqətli insandır. Analiz verdi, cavabı çıxan günün sabahı xəstəxanaya yerləşdi. Bir həftə palatada qalıb. Dünən intensiv şöbəyə köçürülüb. Orada vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. Dünən gecədən reanimasiyadadır. İntensiv şöbədə yanında idim. Həkimlərin özü ilə danışdım, koronovirus elə bir xəstəlikdir ki, ABŞ-da da, burada da müalicəsi eynidir. Sadəcə deyirlər ki, ürəyi zəifdir. İynələrə ürəyi tab gətirsə, bəlkə sağala bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}