10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
Tarix: 11-09-2021 11:01 | Bölmə: Mədəniyyət
Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib

Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bunu sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə ötən gecə Y.Zurufçunun durumunu izləyiblər: “Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}