"Başqa həyat" adlı sənədli filmin təqdimatı olub
Tarix: 18-09-2021 18:05 | Bölmə: Mədəniyyət
"Başqa həyat" adlı sənədli filmin təqdimatı olub

"Başqa həyat" adlı sənədli filminin təqdimat mərasimi baş tutub.

Reyting.az
xəbər verir ki, ilk olaraq qapalı baş tutan filmin premyerasında Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputı Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, Müdafiə Nazirliyinin nümayəndələri, ziyalılar, tanınmış bloggerlər, media nümayəndələri və digərləri iştirak edib.

Qeyd edək ki, filmin rejissoru Elçin Ağazadə, prodüser Orxan Məmmədzadə, operator Soltan Abdullayev, montaj Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridir.

Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri rəğbətlə qarşılanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}