Beynəlxalq mükafatlar sahiblərinə təqdim edilib - Siyahı
Tarix: 20-09-2021 10:53 | Bölmə: Mədəniyyət
Beynəlxalq mükafatlar sahiblərinə təqdim edilib

73-cü Beynəlxalq "Emmi" mükafatının qalibləri məlum olub.

Reyting.az
xəbər verir ki, ötən gecə Los-Ancelesdə keçirilən tədbirdə mükafatlar sahiblərinə təqdim edilib.

"Ted Lasso" "Ən yaxşı komediya", "The Queen’s Gambit" "İlin ən yaxşı mini serialı" kateqoriyasında önə çıxarkən, "The Crown" "Ən yaxşı drama serialı" mükafatını qazanıb.

"Müharibə" və "Tac" adlı ekran işləri ilə "Ən yaxşı ssenari" mükafatına Piter Marqon , "Ən yaxşı rejissor" adına Cessika Hobbs layiq görülüb.

"Ən yaxşı yardımçı aktyor" Tobis Menzis (dram), Ted Lesso (komediya), "Ən yaxşı yardımçı aktrisa" Hanna Uaddinqham (dram) seçilib.

"Ən yaxşı qadın oyunçu" Olivya Kalmon (dram), Cin Smart (komediya), "Ən yaxşı kişi oyunçu" Coş Okonor (dram), Ted Lesso (komediya) olub.(Axşam.az)



















Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}