Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" opera tamaşası keçirilib
Tarix: 21-09-2021 19:24 | Bölmə: Mədəniyyət
Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" opera tamaşası keçirilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" opera tamaşası keçirilir.

Bu, Azərbaycanda pandemiya şəraitində teatr səhnəsində nümayiş olunan ilk tamaşadır.

Tamaşada əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edirlər. Tamaşada həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları iştirak edirlər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edir.

Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb və əyləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}