16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Musiqili Teatrda ustad dərslərinə başlanılıb - Fotolar
Tarix: 22-09-2021 17:50 | Bölmə: Mədəniyyət
Musiqili Teatrda ustad dərslərinə başlanılıb

Mədəniyyət Nazirliyinin və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Səhnə hərəkəti və plastika kafedrasının müdiri Aydar Zakirovun rəhbərliyi ilə səhnə hərəkəti və qılıncoynatma fənləri üzrə ustad dərslərinə başlanılıb.

Reyting.az
xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən teatr peşələri üzrə mütəmadi olaraq, təlim və təcrübə mübadiləsi, ixtisasartırma, xaricdə təhsil imkanları yaradaraq, kadr potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər silsiləsindən olan ustad dərsləri 24 sentyabr tarixinə qədər davam edəcək.

Qeyd edək ki, təlimlərdə ölkənin ayrı-ayrı teatrlarından gənc aktyorlar, xoreoqraflar, eləcə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllim və tələbələri də iştirak edirlər.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}