TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür edib - Tədbir+Fotolar
Tarix: 19-05-2018 08:59 | Bölmə: Mədəniyyət
TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY-un yaranmasının 25-ci ildönümü ilə əlaqədar Türk Dünyasının bir çox tanınmış opera ulduzları Qaziantepdə “I Beynəlxalq Opera və Balet Festivalı”nın açılış mərasimində, həmçinin, Qəhrəmanmaraş, Hatay və Adana şəhərlərində keçirilmiş silsilə konsert proqramlarında iştirak ediblər.

Reyting.az
-ın məlumatına görə, Türkiyə, Qazaxıstan və Qırğısıtanın da qatıldığı festivalda ölkəmizi Musiqili Teatrın solisti, istedadlı aktrisa Eleonora Mustafayeva təmsil edib.

Qazaxıstan Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə, məşhur dirijor Pyotr Qribanovun idarə etdiyi bu möhtəşəm konsertlərdə Eleonora Mustafayeva Cakamo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyasını, Cüzeppe Verdinin “Trubadur” operasından Leonoranın ariyasını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından Gülçöhrənin ariyasını oxuyub. O, konsertin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinovun imzası olan “Təşəkkürnamə” ilə mükafatlandırılıb.

Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr laureatı Eleonora Mustafayeva Musiqili Teatrın səhnəsində Rauf Hacıyevin “Talelər qovuşanda” (Nərgiz), Faiq Sücəddinovun “Mən dəyərəm min cavana” (Gülnaz), Süleyman Ələsgərovun “Milyonçunun dilənçi oğlu”nda (Gözəl qız) və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.

TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür edib
TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür edib TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür edib TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür edib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər