15:29 / 28-10-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
15:06 / 28-10-2025
İlham Əliyev Horovlu kəndində sakinlərlə görüşüb - Fotolar
14:38 / 28-10-2025
İlham Əliyev Cəbrayılda - Horovlu kəndinin açılışı olub - Fotolar
14:30 / 28-10-2025
"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib
14:24 / 28-10-2025
2200 rus hərbçisini əsir götürüblər
14:18 / 28-10-2025
Bir neçə ölkə risk altına düşüb
14:07 / 28-10-2025
Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb
14:00 / 28-10-2025
Növbəti köç karvanı Xocalıya çatıb - (Yenilənib)
13:46 / 28-10-2025
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
13:42 / 28-10-2025
Fəzail Ağamalı nikahdankənar oğlu olduğunu təsdiqləyib
13:01 / 28-10-2025
Həyatla bağlı yeni elmi model təqdim olunub
12:51 / 28-10-2025
Bir milyon manatdan artıq mənimsəmə: iki nəfərə hökm oxunub
12:45 / 28-10-2025
Şəhidlərlə vida mərasimi keçirilib - (Yenilənib) - Fotolar
12:44 / 28-10-2025
Prezident İmişlidə yeni müəssisənin açılışında iştirak edib - Fotolar
12:40 / 28-10-2025
Sabahın hava proqnozu açıqanıb
12:31 / 28-10-2025
Casuslardan bəhs edən ən yaxşı filmlərin adı açıqlanıb - Siyahı
12:15 / 28-10-2025
Etibar Məmmədov: “Cəfəng adamlara cavab vermirəm”
12:11 / 28-10-2025
Putinin qohumunun "Vikipediya" səhifəsi silinib
12:03 / 28-10-2025
İlham Əliyev istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto
11:42 / 28-10-2025
Türk ordusu iki ölkədə hərbi əməliyyatların yeni formatını hazırlayır
11:24 / 28-10-2025
Monteneqroda saxlanılan azərbaycanlı kimdir? - Açıqlama
11:09 / 28-10-2025
İlham Əliyev Çex liderinə məktub ünvanlayıb
11:00 / 28-10-2025
Prezident İlham Əliyev Sabirabada gedib - (Yenilənib) - Fotolar
10:44 / 28-10-2025
Millimizin İslandiya və Fransa oyunları üçün biletlər satışa çıxarılıb
10:42 / 28-10-2025
Rusiyadan Türkiyəyə qaz tədarükü artıb
10:29 / 28-10-2025
13 universitet Türk Universitetlər Birliyinə üzv qəbul olunub
10:22 / 28-10-2025
Rumıniya Senatının sədri Azərbaycanda səfərdədir
10:18 / 28-10-2025
Aparıcı Nigar Fərhadın avtomobili oğurlanıb
10:13 / 28-10-2025
Deputat: Ukraynaya hərbi yardım 45 faiz azalıb
10:10 / 28-10-2025
Lisey və gimnaziyalara şagird qəbulu qaydası dəyişib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Şeytana lənət!
Tarix: 21-08-2017 12:28 | Bölmə: Firuz HƏŞİMOV

50-55 il bundan əvvəlki illərə qayıtmaq istəyirəm. İndiki bolluq, cah-cəlal yox idi, çayxanalara yığışardıq, o ki var Araz, Təbriz dərdindən, Moskvanın assimiliyasiya siyasətindən, dövlət idarələrində azərbaycanlılara bəslənən ögey münasibətdən danışardıq. Titullu, orden-medallı, üsuli-idarənin əziz-giramına dönmüş şair və yazıçıların kölgələrini qılınclayırdıq. Ədəbiyyat knyazlarının qarşısında əyilməyi özlərinə ar bilən, aylarla kiçik bir işini də çap etdirə bilməyən köməksiz gənclərin sınmasının canlı şahidiyəm.
Oxuduğumuz hər şeirdə, hekayədə sətiraltı məna axtarırdıq. Etirazını gizlətməyib Movzoleydə yatan Lenini də, kommunist partiyasını söyənlər də vardı. Belələrini lazımi yerə çağırıb, zor zad tətbiq etmədən, eyhamla hər şeyi başa salırdılar. Mən biləni bəzən dilindən heç iltizam almağı da vacib bilmirdilər. Sovet hökuməti heç kimin çörəyinə dəymirdi. Səhv hərəkət, dilinə yiyəlik edə bilmədiyi üçün adamın yaxınlarını indiki kimi gözümçıxdıya salmırdılar. Repressiya dövrü arxada qalmışdı.
Dəfələrlə yazmışam, heç kim döşünə döyüb “inqilabi keçmişi”ndən gəvəzləməsin. 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində heç kim mənim qədər millətin maddi və mənəvi sərvətlərinin qorunması naminə məqalələr yazmayıb. Adım “qara siyahı”da olduğu üçün kitab plana sala bilmirdimsə, mətbuat üzümə bağlı deyildi. Rəhmətlik Cəmil Əlibəyovdan tutmuş Cabir Novruza, Hüseyn Abbaszadəyə kimi bir görkəmli qələm sahibi, redaktor mənə bir dəfə də olsun “yox” demədi. Həyatım boyu “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru Asim Cəlilova minnətdaram. O mənim rus dilində yazdığım ən kəskin, ən aktual yazılarımı çap etməklə qarşımda “yaşıl işıq” yandırdı. O illərdə populyar qəzetdə rus dilində çap olunmaq adama ad-san, nüfuz gətirirdi. Bütün qapılar üzünə açılırdı. İllər keçəcək, utanmadan, qızarmadan müxtəlif “gizli dərnəklər”dən, “təşkilat”lardan basıb-bağlayanlar tapılacaq. Dəfələrlə müxtəlif qəzetlərdə çıxış edərək təvəqqe elədim ki, qoyun biz canlı şahidlər ölüb gedək, sonra kimi istəyirsiniz bütə döndərərsiniz. Həya-abır yaxşı şeydir, axı siz indi də adları çəkilməyən, qəsdən unutdurulan əsl mübarizləri tanımırsınız, onların əməllərindən bixəbərsiniz. Uzun illər ərzində orda-burda, ali məktəbdə əli təmiz, ayağı təmiz işləmiş, müəllimlik etmiş, alimlik dərəcələri almış bambılılar durub “millətçilik fəaliyyəti”ndən, “məxfi dərnəklər”dən danışanda bilmirsən beləsinə nə deyəsən. Əlqərəz, mən daha bu mövzuda danışmaqdan bezmişəm.
Müstəqillik arzulayırdıq, onu da qazandıq və düşdük ... bəla girdabına. Məmləkətin tən yarısı getdi fələyin qəminə. Hətta yuxularda da təsəvvür edə bilməzdik ki, bu qədər arsız olacağıq. Heç kim cürət edib üstümə qabarmasın!
1989-ci ilin sentyabr ayı idi, xəbər çıxdı ki, Bolqarstan estradasının tanınmış vokalisti Bakıya qastrola gəlir. Pah atonnan, elə bil bomba partladı, Azadlıq meydanında aləm bir-birinə dəydi.
“Necə yəni, köpək uşağı orada türk qardaşlarımızın soyadlarını zorla dəyişdirirlər, başlarına oyun gətirirlər, biz o qədər biqeyrətik ki, onların artistlərini şəhərə buraxaq!”,
“Türkə söz deyənin atasını yandırarıq!”,
“O həpəndləri Bakıya dəvət edən Mədəniyyət Nazirliyinin altını üstünə çevirərik!”,- düz üç gün ərzində meqafonlardan ancaq bu sözləri eşitdik. Qorxudan dualıq olmuş məmurlarımız tələm-tələsik bolqar estradasının səfərini dayandırdılar.(On beş il keçməmiş erməni toylarının bəzəyi Boka adlı lotunu bizim milyonçu alçaqlar məclislərinə dəvət edib ciblərini dolduracaqlar və bir nəfər də qımıldanmayacaq)
... Mütəxəssislər (mən ürəyi yananlardan danışıram) yaxşı bilirlər ki, bizim kinomatoqrafçılar Üzeyir bəyin “O, olmasın, bu olsun” ölməz əsərini lentə çəkəndə daha o qəbahət, daha o əllaməçilik qalmamışdı ki, çıxarmasınlar. Sabit Rəhman gül kimi əsərə istədiyi kimi əl gəzdirdi, bir nəfər dillənmədi. Sözümün canı nədir? Filmdə bir səhnə vardı, başqa qoçu ilə atışmada Qoçu Əsgər qaçır, küçədə bir qadının başından çadranı qaparaq bürünmək istəyir.
Mən Bakının tarixini rəhmətlik Sabit Rəhmandan min qat yaxşı bilirəm. Bu uydurma səhnə niyə filmə salınıb, bu kimə lazım idi? Bu sualın cavabını biz bilirik, amma indi bu barədə danışmağın yeri deyil. Qoçu Əsgər çadranı qapır və azərbayanlı qadın neçə taxtalı tumanı başına çəkir ki, üzünü naməhrəmlər görməsin. Ssneristin niyyətini başa düşdünüz? Azərbaycanlı qadın üzündən başqa bədəninin hər yerinin açıq qalmasından çəkinmir!
Üzeyir bəyin əsərinin şil-küt edilməsinə biganə qalan cəmiyyət bu səhnəyə dözmədi. Respublikada daha o adam qalmadı ki, bu ya digər yolla etiraz və nifrətini bildirməsin. Camaatın qeyrət damarı qalxdı. Murdar kadrları kəsib atdılar...
Sosializm quruluşunda yekdillik göstərən xalq müstəqillik dövründə ağzına su alıb oturub. Ötən əsrin 70-ci illərinin əvvəlləri idi, min əzab-əziyyətlə pambıq planı yerinə yetiriləndən sonra Moskva bir qırmızı bayraq göndərirdi. Təntənəli iclas çağrılır, məddahlar bəhsəbəs çıxış edərdilər. Çox yaxşı yadımdadır, ilk iclasların birində qocaman yazıçı Əli Vəliyevə söz verildi. Hamı onu üsuli-idarəyə sadiq, əsl fanatik kommunist kimi tanıyırdı. Kişi tribunaya çıxan kimi gül ağzı açıldı, partiya məmurlarının gözləri bərələ qaldı. Sözlərindən belə çıxırdı ki, bu bayraq filan yaxşı şeydir, amma, bir gedin görün pambıqçılıq rayonlarında nə baş verir. Səhər tezdən evindən çıxıb gecə qaranlığında qayıdan yazıq pambıqçı qadın yuyunmağı üçün su tapmır, körpələrinə baxa bilmir, bişir-düşür etməyə heç nəyi yoxdur. Kolxozlar insan üçün lazım olan bütün imkanlardan, xülasə, hər şeydən tam mərhumdurlar və s.
Elə bil qurbağa gölünə daş atdılar, hamı susdu. Bundan sonra neçə “təntənəli iclas” oldusa Əli Vəliyevi daha dəvət eləmədilər. İndi biz ancaq yaltaq məddahları görürük, kişi kimi danışan gözə dəymir.
İndi respublika ağsaqallarının təyin olunmuş sərdarı Fəttah Heydərovdur. Sovet hakimiyyəti illərində dünyadan belədən-belə kam almış, neynim demədən yaşamış bu ağanı hər dəfə televizorda görəndə az qalıram dəli olum. Qəbələdə Avropa musiqisinin ifa olunduğu konsertlərdə bu kişi ön cərgədə elə əda ilə əyləşir ki, elə bil simfonik musiqinin əsl bilicisidir, vaxtilə Raxmaninovla nərd oynayıb.
O, əlbəttə deyə bilər, yer mənim, məkan mənim, istəyərəm oturaram, istəyərəm vargəl edərəm, bunun heç kimə dəxli yoxdur. Qəbələ oğlumun “imperiyası”na daxildir, o istəsə burada begemotların cıdır yarışlarını da təşkil edər. Məni isə bir məsələ maraqlandırır, iclaslarda prezidentlərin şəninə qəsidələr oxuyub mədhiyyələr deməkdən başqa ağsaqqalar şurasının daha nə kimi “savab” əməlləri var?
Onlarla sekta, missioner ölkənin daxilində neçə illərdir ki, əsl ideoloji təxribatla məşğuldur, hələ indiyə qədər bir dəfə eşitmədim ki, Fəttah kişinin səhabələri qollarını çırmalayıb mərdi-mərdanə bunların üstünə getsin.
Müharibə vəziyyətində olan ölkədə qanlı cinayətlərin, intiharların sayı saatbasaat artır, Fəttah kişinin məiyyətində olan titullu zatları bu narahat edirmi? Nələrinə lazımdır, yüksək təqaüd alırlar, ev-eşikləri, bağları, mülkləri var, oğul-uşaq da təmin olunub, qalan rəiyyətin canı çıxsın. Təkcə Xətai rayonunda on minlərlə ağac kəsildi, əfsanəvi zeytunluqlar, məhəllələrarası yaşıllıqlar yer üzündən silindi, başım çıxmır özlərini sadiq Əliyevçi kimi reklam edən “ağsaqqallar”ın bunlardan heç xəbəri yox idi? Axı məhv edilən ağaclıqlar, pöhrəliklər Heydər Əliyevin irsi idi, ondan əmanət qalmışdı.(Bu barədə az qala min dəfə yazılıb!) Fəttah kişinin heç tükü də tərpənmədi.
Neçə il bundan əvvəl Rövşən Novruzoğlu əldə etdiyi təkzibedilməz sübut və sənədlərə əsaslanaraq Qarabağda əsir götürülmüş qadın və uşaqların vəziyyəti barədə məlumatı mətbuata vermişdi. Yüzlərlə körpənin donora döndərilməsi, onların Sanasar qəsəbəsində qətlə yetirilməsi xəbəri daha sarsıdıcı idi. Uşaqların qatili də müəyyən edilmişdi. Mən hələ o vaxtkı Təhlükəsizlik naziri Namiq Abbasovun Milli Məclisin tribunasından səsləndirdiyi rəqəmlərdən danışmıram, təxminən 800-ə qədər qız-gəlin Yaxın Şərq və Türkiyənin əxlaqsızlıq yuvalarına cariyə kimi satılmışdı.
“Hürriyyət” qəzeti bu ilki bir avqust tarixli sayında düşmən əlində 2 min 700 qadın və uşağın qaldığını açıqladı. 25 il ərzində isməti tapdanmış, zorla kimə gəldi təslim edilmiş qız-gəlinin, əzaları kəsilmiş uşaqların naləsini eşidən olub?
Orada millətin irz-namusu tapdanıb, burada isə bizim “dəftərxana generalları”nın paqonlarında ulduzların sayı artıb.
Fəttah kişi, sizin başçılıq etdiyiniz şura bu illər ərzində məddahlıq eləməkdən başqa daha hansı savab işləri görüb? Dəqiq bilirəm, Siz indiyə qədər bizim hər abzasından od yağan məqalələrimizin birini də oxumağı lazım bilməmisiniz.
...Elə bu əsnada təqaüdümü almağa getmiş həyat yoldaşım evə qayıdır və bildirir ki, 180 manatlıq dilənçi təqaüdümün 100 manatını kəsiblər. Prezident Administrasiyasında oturmuş hansısa alçağın (onu hamı tanıyır) əmri ilə Ali Məhkəmə mənim iki min manat cərimə olunmağım haqqında qərar verib. Deməli, mən hər ay, var-dövlətinin sayı bilinməyən Elmira Axundovaya 100 manat verməliyəm, nə var, nə var oğlunun maşın kolleksiyası natamamdır? Nə təəccübləndim, nə sarsıldım... Salavat çevirib, mərhum Əşrəf Mehdiyevə rəhmət diləyib, sonra da ruhundan üzr istədim.
Prezident seçkiləri ərəfəsində o kişinin kəskin, ittiham dolu çıxışlarını çoxumuz unutmamışıq.
Seçicilərlə görüş keçiriləndə Heydər Əliyevin komandasından bir nəfərin cürəti çatmırdı ki, onun qarşısına çıxsın, hamı gizlənirdi. Əşrəf kişinin sənədli, sübutlu, sensasiyalı çıxışlarının qarşısına çıxıb danışmaq qeyri-mümkün idi.
Elmira Axundova onda harada idi? Yüksək vəzifəli məmurların qarşısında quyruq bulayan bəzi deputatların da biri gözə dəymirdi. Mən başı daşlı da qollarımı çırmalayıb əlimdən gələni edir, Əşrəf kişinin üstünə gedir, onu susdurmağa çalışırdım. Təsadüfən görüşərkən onun mənə dediyi sözləri ömrüm boyu unutmayacağam:
- Firuz kişi, sən bu komandanı yaxşı tanımırsan. Vaxt gələr, bunlar sənə elə təşəkkür edəcəklər ki, dadı damağından getməyəcək. Ayılacaqsan, amma onda gec olacaq...
Mən o rəhmətliyin daha başqa sözlərini yazmıram. Əşrəf kişi fani dünyadan rehlət apardı, həyat onun bütün ittihamlarının doğru-dürüst olduğunu sübuta yetirdi.
Məni bir oğlumun işsiz, körpə uşaqlarına baxa bilməməsi bir o qədər yandırmır. Ağrılardan beton divarlı mənzildə insan kimi yata da bilmirəm. Nə dava-dərmana pul var, nə mer-meyvəyə, nə də normal ərzağa. Bu da məni yandırmır, onsuzda əcəl məni haqlayıb, günümü, saatımı hesablayıram.
Məni o yandırır ki, bu binamuslar illərlə çəkdiyim əzab-əziyyətə yuxarıdan aşağı tüpürərək, məni, dörd ildə dörd bayraq dəyişmiş, məsləki, əqidəsi hamıya bəlli olan, yazdığı mədhiyə kitabları ilə özünü gözə soxmağa bacarmış bir şəxsin ayağına verdi.
Məni o yandırır ki, sidq-dillə müdafiə elədiyim iqtidarın içində bir kişi də tapılmadı ki, Elmira Axundovaya saysız-hesabsız sərvəti necə qazanması barədə sual versin. Bunun balası 4-5 maşınla belədən belə şellənir, Londondan vurub Dubaydan çıxır, pula pul demir, ölkənin müstəqilliyi üçün hər şeyini qurban vermiş mənim kimi xəstə qoca isə dilənçi təqüdündən mərhum edilirəm.
Şərəfin, namusun nə olduğunu bilməyən vampirlər, sözüm sizədir, qocalıq təqüdümü Sovet hakimiyyəti dövründə 35 il yer altında şaxtaçı kimi işləməklə qazanmışam. On il sərasər yüksək təzyiq altında, kesson kameralarında işləmişəm, min dəfələrlə ölümlə üzləşmişəm. Alman nasistlərinin kommunistlərə, Yejov cəlladlarının repressiyaya qurbanlarına rəva görmədikləri alçaqlığı niyə mənə rəva gördünüz? İnsan nə qədər binamus olmalıdır ki, bu gün-sabah canını tapşıracaq heydən düşmüş qocanın təqüdünü də əlindən alsın. Sizi görüm lənətə gələsiniz!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV
Bölməyə aid digər xəbərlər

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki