23:50 / 15-07-2025
Şahin Şıxlinskinin oğlu saxlanılıb
20:13 / 15-07-2025
Sabir Rüstəmxanlı: "Tüpürüm sənin menecerinə də..."
18:44 / 15-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
18:03 / 15-07-2025
Azərbaycan "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
17:57 / 15-07-2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilib - (Yenilənib)
17:48 / 15-07-2025
Keçmiş futbolçu AFFA-da şöbə rəisi təyin olunub
17:37 / 15-07-2025
Əraqçi: 120-dən çox ölkə İrana hücumları pisləyib
17:35 / 15-07-2025
Bakda Avropa Kuboku keçiriləcək
16:53 / 15-07-2025
Ukraynanın baş naziri istefa verib
16:33 / 15-07-2025
Avropanı genişmiqyaslı müharibəyə hazırlaşmağa çağırırlar
16:19 / 15-07-2025
"Neftçi” Venesuela millisinin yarımmüdafiəçisi ilə anlaşıb
16:18 / 15-07-2025
İki dövlət qurumu Şamaxıda birgə konfrans keçirir - Foto
15:44 / 15-07-2025
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
15:25 / 15-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
15:13 / 15-07-2025
Şəxsi məlumatları xarici kiberbunkerlərə ötürən dələduz haker saxlanılıb
14:49 / 15-07-2025
Kamran Əliyev daha iki prokurorla bağlı əmr imzalayıb
14:21 / 15-07-2025
Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb
14:20 / 15-07-2025
Avropa Rusiyanın 245 milyard dollarını Ukrayna üçün xərcləmək istəyir
14:16 / 15-07-2025
Afaq Bəşirqızı: "Xalq artisti adını sənə bibin, dayın, əmin verdirə bilər, amma..."
13:52 / 15-07-2025
Kamran Əliyevi iki prokuror təyin edib
13:47 / 15-07-2025
Rusiyanın NATO-ya hücum planı var
13:46 / 15-07-2025
Sabahın hava proqnozu açıqlanıb
13:34 / 15-07-2025
Medvedev: Avropa məyus olsa da, Rusiyanın vecinə deyil
13:28 / 15-07-2025
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqlənib
13:18 / 15-07-2025
Bolqarıstan Avrozonaya qəbul olunub
13:04 / 15-07-2025
İsrail ordusu xüsusi təyinatlıların düşərgələrinə hücum edib
12:41 / 15-07-2025
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri elan olunub
12:35 / 15-07-2025
Bakıda şəhidin adını daşıyan küçənin sakinləri imdad diləyir - Fotolar
12:29 / 15-07-2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
00:11 / 11-07-2025

14:26 / 14-07-2025

13:38 / 11-07-2025

12:27 / 12-07-2025

14:09 / 11-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

15:19 / 12-07-2025

06:13 / 13-07-2025

14:30 / 14-07-2025

08:34 / 11-07-2025

08:03 / 11-07-2025

Qeyrətinizə bərəkallah!
Tarix: 11-10-2017 12:52 | Bölmə: Firuz HƏŞİMOV

Mən dəfələrlə demişəm, bizim dövləti açıqdan-açığa üzərimizə gələn düşmənlər yox, daxili satqınlar yıxa bilər. Hakimiyyətin yuxarı eşalonlarına soxula bilmiş bu bədxahlar ziyalı zümrəsinin qorxaqlığından, pulgirliyindən yaxşı sui-istifadə edirlər. Mason-keşiş dünyasının daha o təxribat metodologiyası qalmadı ki, Azərbaycanda sınaqdan keçirilməsin. Bu ölüm-dirim savaşında, yəni Azərbaycana qarşı yönəlmiş səlib yürüşündə ruspərəst, moskvapərəst qüvvələr Qərbin təxribatçıları ilə əlbir çıxış etdilər. Planın mahiyyəti göz qabağında idi, hələlik millətin mənəvi müqaviməti qırılır, mənən şikəst edilir, sonra danışmaq asandır.
Qədim bir milləti yetmiş iki tirə etmək üçün daha nələrə əl atmadılar. Ən məşum rolu ANS oynadı! Bu telekanalın eqidası altında keçirilmiş bədnam “müsabiəqələri” xatırlayın. Daha o lotu qalmadı ki, bu telekanala çıxıb ağzına gələni dörd yana yaymasın. O ülvi, müqəddəs nəsnə qalmadı ki, bu telekanalda urvatdan salınmasın. Yüzlərlə mənfur sektanın, icmanın, missioner qrupların maneəsiz zadsız qeydiyyatdan keçərək ölkə daxilində millətin dədə-baba dininə, imanına qarşı həyasızcasına təbliğat aparması, başqa ölkələrdən it kimi qovulmuş “Yəhova şahidləri” adlı əsl düşmən qurumunun əl-qol açması, vəhhabilərin azğın əməllərinin həddən aşması sübut etdi ki, söz sahibləri arasında düşmənlər var.
Mən hələ səhnələrdə, estradada başlanmış vakxanaliyadan danışmıram. Ən dəhşətlisi də bu idi ki, ölkənin adlı-sanlı, titullu ziyalıları, söz sahibləri ağızlarına su alıb oturdular. Açıqdan-açığa görünürdü ki, bunlar düşmən felinə uyan məmurların üzərilərinə getmək istəmirlər, qorxurlar.
Mənəvi mühitin sağlamlığı üçün çox iş görə biləcək QMİ də sözün tam mənasında küncə sıxışdırıldı. 26 ildə bircə dəfə də olsun eşitmədik ki, filan məsciddə filan vaiz misilsiz bəlağət və natiqlik qabiliyyəti ilə camaatı yerindən oynadıb. Şeyx cənablarının da dadına Allah çatsın, bu kişi bilmərrə iki cümləni bir-birinə qoşub danışa bilmir. Hamı da bunu görür, bəzisi acıyır, bəzisi əlini yelləyir, bəzisi də - “Bizim nəyimiz düzdür?”- deyərək üz döndərir.
Milli-mənəvi dəyərləri qoruyub, xalqı mövhumatsız filansız vətən uğrunda gələcək cihada hazırlamalı olan məscidlər adi namazgaha çevrilib. Yas yerinə gələn mollaların halına kafər də ağlayar, yazıqlar üçün o qədər qadağalar qoyulub ki, məclisdə yersiz laqqırtı vuran heyvərəyə “Ay kişi, bir az sakit ol, Allah kəlamı oxunur!” - sözünü deməyə də çəkinirlər.
...Bər-bəzəkli iri salon, nə qədər desən süni-çələnglər, gül salxımları, stolların üzərində hər cürə su, təyin olunmuş deputatlar, YAP-ın fürerləri, haramzadalığı bütün millətə bəlli olan bəzi məmurlar, dağlı ləhcəsi ilə desək, siyasətlə “muşğulat edən bacilər” rahat-rahat əyləşiblər…
Ssenari hamıya bəllidir… Əvvəlcə başlayırlar, bütün aləm murdardır, biz güldəstə reyhanıq, kürreyi-ərzdə bir ordu bizim ləşkərin tozuna da çatmaz, icra başçıları qapılarına gələnləri pilləkənin üstündə qarşılayıb, əvvəlcə qabaqlarına mürəbbəli, limonlu çay qoyub əhvalpürsanlıq edirlər, sonra da dərdlərinə şərik olurlar…
Məclisin ikinci hissəsi də mədhiyyəyə ayrılır, burada hansı bəhrdə desən “Şahnamə”, “Zəfərnamə” səslənir, natiqlər bir–birilərinin sözünü kəsərək bilmirlər sədaqətlərini nə cür izhar etsinlər.
Bunların heç biri nə çörək dərdi çəkir, nə güzəranından narazıdır. Amma, heç birisində bircə misqal qeyrət, cəsarət yoxdur ki, şikayətləri eşidilməyən, gündə hüququ taqdalanan zavallı insanlar barəsində ikicə kəlmə danışsın. Özləri də yaxşı bilirlər ki, xalq bu iqtidardan üz döndərir, daha heç kim mənasız ritorikaya, roliklərin görüntülərinə inanmır.
Ümmanlar qədər qan tökülüb, vətənin yarısı itirilib, hər cəhətdən təhqir olunmuşuq, qan-namus qisası yerdə qalıb, bu əsnada bir neçə binamus alçaq millətin cəlladlarının məzarlarını ziyarət edir. Bu alçaqlar arxayın olmasaydılar, ölü və diriləri ilə birgə qələt edib düşmən məzarlarının üstünə getməzdilər. Yaxşı bilirlər ki, qonum-qonşu onları daşqalaq etməyəcək, iş yerindən də onları it kimi qovmayacaqlar. Axı biz tolerant, yəni arsız xalqıq! Bu son 26 ildə bundan da beşbetər hadisələrin şahidi olmuşuq. Nəticəsi nə olub?
Üç gün, dörd gün danışmışıq, deyinmişik, sonra hər şey yaddan çıxıb. Qəzəbdən ötən-keçənləri sadalaya bilmirəm. Unutqanlıq bizim milli faciəmizdir… Düşmən də bunu yaxşı bilir, elə buna görə də yeri gələndə üzümüzə də tüpürür, istədiyini də deyir.
Erməni deputat M.Tandelyan bəyan edir ki, Bakının bəzi yerlərini gəzməkdə məqsədləri var, bilmək istəyirlər ki, azərbaycanlılar erməni irsini necə qoruyub. Bu şərəfsiz, bizdə ölkənin abı-havasının necə olmasını dəqiq bilməsəydi belə deməzdi. O yaxşı bilir ki, bizim kimi fələkzədələr Sanasarda Azərbaycan körpələrinin vəhşicəsinə məhv edilməsindən danışanda on milyonluq xalq cınqırını da çıxartmadı. O yaxşı bilir ki, ürəyi yanan oğullar beş minə qədər qız-gəlinin cariyə kimi fahişəxanalara satılması barədə tükürpədici faktları açıqlayanda bu xarabada bir adamın da tükü tərpənməmişdi.
“Yeni Müsavat” qəzetinin bu ilki 196-cı sayında sabiq deputat İqbal Ağazadənin müsahibəsi diqqətimi çəkdi. Açığını desək, bu ağanı mən köhnə kişilər demiş “Dibsiz kürə boş anbar”, “Günortadan sonra mərəkəyə gəlib, ay camaat, mən də varam”,- deyən əyalət siyasətbazı saymışam. Səhifədə verilmiş sərlövhələr olmasaydı, yəqin ki, yazını oxumayacaqdım. Bir yox, ikrah hissindən boğula-boğula yazını üç dəfə oxudum. Məəttəl qalmışam, nə cür olub ki, indiyə qədər bu unikumu adminstrasiyaya aparıb ona böyük vəzifə verməyiblər?
İndi bəzi sözlər deyəcəyəm, ola bilsin İqbal ağa Elmira Axundova kimi məni məhkəməyə versin ki, guya təhqirə yol vermişəm. Nə olar 180 manatlıq təqaüdümdən yüz manatını saray məddahı alıbsa, qalan 80 manatını da danışığı erməni ideoloqlardan fərqlənməyən İqbal ağa alar.
İqbal ağa, danışığınıza sayıqlama demirəm, bu, iureit sayağı erməni məkrinin parlaq nümunəsidir. Yüzə-yüz faiz əminəm ki, iqtidar bu dəfəki parlament seçkilərində sizi mütləq deputat təyin edəcək. Arxayın ola bilərsiniz İqbal ağa, siz nə danışdığınızı əla bilirsiniz, vaxtı da, məqamı da düzgün seçmisiniz. Bir şeyə təəssüf edirəm ki, ölkədə ən çox yayılan qəzetdə sizin kimi ziyanəvərin (bəli, bəli ziyanəvərin) ağzından cari olan küfr belə təmtəraqla təqdim edilib.
İqbal ağa, inanın, sizin yerinizə utanıram. Yalançı vətənpərvərlərin ehtiraslarını qızışdırmaq, arada ucuz siyasi xal qazanmaq xatirinə S.Vurğunun adını bica yerə hallandırmaq gədalıqdır. Axı söhbət bir neçə binamusun törətdiyi zinakarlıqdan, ideoloji işin bərbad günə düşməsindən gedir, S.Vurğunun buna nə dəxli var? Bir cümləniz maşallah lap əladır. “Dünyada(!!) 26-larla bağlı məşhur restoranlar, PAB şəbəkəsi var. Bütün bunların hamısı mövcuddur və kifayət qədər məşhurdurlar”.
İqbal ağa, danışdığınız ağ yalan və cəfəngiyyatdır. Xaricə gedəndə məsləhət görərdim ki, həmin restoranların birinə ayaq qoyun və “Yeni Müsavat” qəzetinin bu sayını orada olan ermənilərə verin. Əminəm ki, düşmənlərimiz sizə əla ziyafət verəcəklər, bəlkə lap ənam da aldınız. Çünki o xidməti ki, siz belə məkrlə, belə ustalıqla bizim bədxahlara elədiniz qətiyyən unudulası deyil.
Hacıbala müəllimin əməlini, sözlərini “ironik” qəbul edirsiniz… Hələ bir mənə izah edin görüm bu “ironik” sözü nəmənədir belə işlədirsiniz? Doğma dilində bir söz tapa bilmədin?
İqbal ağa, sizin Hacıbala müəllim barədə danışmağa ümumiyyətlə mənəvi haqqınız yoxdur. O kişi pis, yaxşı neçə illər ərzində bir bayrağa beyət gətirib, bir qibləyə baş əyib. “On ildən sonra bu şəhəri tanımayacaqsınız!”- sözünü deyən o idi. Kişi kimi dedi də, özünü oda-közə vurub şəhərimizi dünyanın ən gözəl şəhərlərindən birinə döndərə bildi. Zəhmət olmasa siz də dönün keçdiyiniz yola, etdiyiniz əməllərə diqqətlə baxın.
Yenə də deyirəm, ürəyinizi buz kimi edin, növbəti seçkilərdə hakimiyyətdə oturmuş ermənipərəst, ruspərəst vələdüzinalar sizi mütləq yuxarı başa keçirəcəklər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV
Bölməyə aid digər xəbərlər