Ərdoğan Quterreşlə taxıl müqaviləsini müzakirə edəcək
Tarix: 14-09-2023 12:19 | Bölmə: Siyasət
Ərdoğan Quterreşlə taxıl müqaviləsini müzakirə edəcək

Taxıl müqaviləsini canlandırmaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş arasında planlaşdırılan danışıqların gündəliyində olacaq. Reyting.az-ın xəbərinə görə, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, dünən BMT Baş katibi taxıl məsələsi ilə bağlı, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər planlaşdırdığını açıqlayıb.

Diplomatik mənbənin sözlərinə görə, Türkiyə prezidenti əvvəllər taxıl dəhlizinin dirçəldilməsi üçün şərtlərin yerinə yetirilməsi və BMT ilə əməkdaşlığın davam etdirilməsi barədə danışıb: “Biz ABŞ-da keçiriləcək bu görüşdə sövdələşmənin effektiv və tez bərpası üçün konkret şərtlərin müzakirə olunacağını gözləyirik”.

O xatırladıb ki, Ankara BMT-dən taxıl sazişi kontekstində Rusiya Federasiyası ilə bağlı təkliflərin yekunlaşdırılmasını xahiş etmək niyyətində olub, görüləcək tədbirləri dəqiqləşdirib. Gündəliyə bu razılaşmalarla bağlı Rusiya rəhbərliyinə yeni məktubun göndərilməsi də daxildir.

TASS qeyd edir ki, Ərdoğanın daha əvvəl dediyi kimi, “bu mərhələdə Qərb ölkələri tədbirlər görməli və Rusiya Federasiyasına verdiyi vədləri yerinə yetirməlidir”, o cümlədən gəmi sığortası və bank sektorunda məhdudiyyətləri aradan qaldırmalıdır. Eyni zamanda bildirilir ki, söhbət təkcə taxılla bağlı deyil, həm də Rusiya gübrələrinin ixracından gedir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}