Melkonyan: “Ermənistanda hakimiyyət dəyişikliyi daha çox Rusiyaya lazımdır”
Tarix: 27-05-2024 19:08 | Bölmə: Siyasət
Melkonyan: “Ermənistanda hakimiyyət dəyişikliyi daha çox Rusiyaya lazımdır”

“Ermənistanda hakimiyyət dəyişikliyi ən çox Rusiyaya lazımdır ki, biz onların vassalı olaraq qalaq”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

Onun fikrincə, Ermənistanın müstəqil siyasət yürütməsi Rusiyanın xoşuna gəlmir. “İndi biz müəyyən ölkələrlə əlaqələri inkişaf etdirə bilərik, ya yox, soruşmuruq. Bu, onları incidir. Biz ya həmişə icazə alırdıq, ya da bizim əvəzimizə danışırdılar”,- Q. Melkonyan bildirib.

O, əmin edib ki, “Vətən naminə” hərəkatı Rusiya tərəfindən təhrik edilib və Ermənistan hakimiyyəti bunun arxasında kimin dayandığını görür. “Deyirlər ki, Rusiyadan Ermənistana avtoyürüşlə gedirlər? Nə üçün? Bizim dövlətimiz olmasın deyə. Bu hərəkatın arxasında ölkəmizi satıb Rusiyaya verənlər dayanır. Biz 30 ildir ki, müstəqil dövlət deyilik, çünki bizim xarici siyasətimiz həmişə Rusiya tərəfindən aparılıb. 2020-ci ilə qədər biz başqa ölkələrlə silah ticarəti haqqında düşünmürdük və bütün ümidimiz Rusiyaya idi. Bu gün biz xarici siyasətə rəhbərlik edirik və heç kim deyə bilməz ki, kiminlə dost olaq, ya yox”, - deyə Melkonyan əlavə edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}