Spiker: “Rusiya, müxalifət, kilsə və oliqarxiya bizə qarşı çıxır”
Tarix: 10-06-2024 18:44 | Bölmə: Siyasət
Spiker: “Rusiya, müxalifət, kilsə və oliqarxiya bizə qarşı çıxır”

“Ermənistanda yeni hökumətin qurulması üçün müxalifət və Rusiya birgə işləyir və bu, heç kimə sirr deyil”.

Reyting.az
Ermənistan mediasına istinadla bildirir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Müxalifətin Ermənistanın indiki hakimiyyətini Türkiyə və Azərbaycan tərəfindən dəstəklənməkdə ittiham etməsi ilə bağlı suala cavabında spiker deyib:

“Əgər belədirsə, niyə bu tərəfdən hücumlar alırıq? Türkiyə tərəfi Qarabağ məsələsi həll olunandan sonra sərhədi açacağını bildirsə də, bu gün proses ən azı xeyli səngiyib. Onların dəstəyinə malik olduğumuzu nə göstərir? Bizi hər tərəfdən vururlar. Bu gün bütün elita, oliqarxiya, kilsə, Daşnaksütyun bizə qarşı çıxır. Bizi yalnız Ermənistan xalqı dəstəkləyir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}